Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonuna səfərlə bağlı paylaşım edib
Sosial həyat

Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonuna səfərlə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Füzuli rayonuna səfərlə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

"Qürur hissi!!! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları - polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!".

AZƏRTAC