Bir sıra hüquqi şəxslər barəsində başlanmış inzibati xəta haqqında icraatlar üzrə cərimələr tətbiq edilib
Reklam və elanlar

Bir sıra hüquqi şəxslər barəsində başlanmış inzibati xəta haqqında icraatlar üzrə cərimələr tətbiq edilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) bir sıra hüquqi şəxslər barəsində başlanmış inzibati xəta haqqında icraatlar üzrə cərimələr tətbiq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxsFam-88” MMC-nin vəzifəli şəxsi Rafiq Tağıyev qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər Tofiq İslamov Məhəmməd Cəbrayılovu Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında inşa olunan yaşayış binasının tikintisinə fəhlə kimi cəlb etdiyinə görəFam-88” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraat başlanıb. İş baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Nəticədə MMC barəsində 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilib.

Bundan başqa, “Aqro AzMMC, “GidromaşservisQSC, “Retro HoldingMMC P.P-Production Company LTDMMC fəaliyyətlərində inzibati xətalara yol verildiyinə görə barələrində İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində inzibati icraatlar başlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Müvafiq qərarlarla həmin hüquqi şəxslər barəsində inzibati cərimə tətbiq edilib.

AZƏRTAC