Bildiriş
Reklam və elanlar

Bildiriş

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin balansında olan müxtəlif modelli 9 (doqquz) avtokarın saz vəziyyətdə istismar olunması üçün təmir-bərpa işlərinin satınalınmasına dair kotirovka sorğusu əsasında satınalma keçirmək niyyətindədir. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 10 iyun 2021-ci il saat 12:00 tarixinədək qəbul olunur.

Ünvan: AZ1065 Bakı şəhəri, Yasamal r-nu, Tbilisi prospekti 35, ASK PLAZA, 3-cü mərtəbə

Əlavə məlumat almaq üçün +994 (55) 500-51-12; +994 (12) 464-92-16 telefon nömrəsi ilə və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.


Dövlət satınalmalarının vahid internet portalında texniki problem mövcud olduğundan “Bakı Metropoliteni” QSC 08 iyun 2021-ci il saat 12:00-da keçirilməsi nəzərdə tutulmuş “Müxtəlif növ qaynaq çubuqları və qalayların satınalınması” üzrə Açıq Tenderin vaxtı 11 iyun 2021-ci il tarixə saat 12:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və bank təminatını 10 iyun 2021-ci il saat 12:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il üçün xərclər smetasının 314000 - “Qeyri-maddi aktivlər” köməkçi bölməsi üzrə proqram təminatlarının satın alınması məqsədilə 2021-ci il fevralın 26-da elan olunmuş açıq tender prosedurunun nəticələrinə görə 1-ci lot üzrə “İTM-Tor” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlmiş və onunla satınalma müqaviləsi bağlanmışdır.


“Aqrar Sığorta Fondu” tərəfindən “İT avadanlıqlarının, lisenziyalarının, proqram təminatlarının və ofis avadanlıqlarının”  satın alınması üzrə 20.05.2021-ci il tarixində keçirilən açıq tenderə dair müsabiqədə “İsoft”  MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilatla 07.06.2021-ci il tarixində 65 862,88 (altmış beş min səkkiz yüz altmış iki manat səksən səkkiz qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.