Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Füzuli və Şuşada olub
Digər xəbərlər

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Füzuli və Şuşada olub

Xəbər verildiyi kimi, Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, aprelin 28- qonaqlar Füzuli Şuşa şəhərlərinə səfər ediblər. Nümayəndə heyətinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Füzuli mədəniyyət paytaxtımız olan Şuşa şəhərində dövlət başçısının Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Qonaqlar ilk öncə Qarabağın hava qapısı hesab olunan sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub, onlara bütün müasir beynəlxalq standartlara cavab verən aeroportda yaradılmış şərait barədə geniş məlumat verilib.

Nümayəndə heyətinin üzvləri yol boyu erməni işğalçıları tərəfindən Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olmuş Füzulinin məqsədyönlü olaraq vəhşicəsinə viran edilmiş yaşayış məskənlərinin infrastruktur obyektlərinin, insanlığı dəhşətə gətirən vandalizmin əyani şahidi olublar.

Şuşada qonaqlar Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi ilə qorunub saxlanmış görkəmli sənət xadimləri - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin Bülbülün büstlərini ziyarət ediblər.

Cıdır düzünü ziyarət edən nümayəndə heyətinə heyrətamiz mənzərəyə malik ərazinin şuşalıların Şuşaya gələn qonaqların ən sevimli məkanı, çövkən oyunları, Novruz digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.

Qonaqlar erməni vandalizminə məruz qalmış işğal bitdikdən sonra ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Vaqifin məqbərəsini, tarixi Qala divarlarını, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev-muzeyini ziyarət ediblər.

Qısa vaxtda görülmüş genişmiqyaslı işlərin böyük təəssürat yaratdığı vurğulanıb.

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başa çatıb.

Ülvi QARAYEV,

Respublika”.