Beynəlxalq platformada Ermənistan rəzilliyi
Siyasət

Beynəlxalq platformada Ermənistan rəzilliyi

Ermənistanın 30 il işğalçılıq siyasəti həyata keçirməsinə  baxmayaraq, Azərbaycan münaqişəni daim sülh yolu ilə həll etmək tərəfdarı olmuşdur. Lakin xain düşmən bu istiqamətdəki bütün təşəbbüsləri gözardı etmiş, sərsəm iddiaları ilə xaos yaratmağa çalışmışdır. Görünür, qərb qonşumuz Azərbaycanla bağlı haqsız iddialarla gündəmə gəlməklə sadəcə özünü gülünc duruma saldığının fərqində deyil.

Əslində mayın 25- Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasındakı bir sıra vacib məqamları yada salmaqla Paşinyanın rəzilliyini bir daha təsdiqləmək mümkündür. Ölkə başçılarının iştirak etdiyi bu görüşdə Paşinyanın ittihamları xain erməni xislətinin rəsmi formada təzahürü idi. Təsadüfi deyil ki, Paşinyan bu dəfə susduruldu. Prezident İlham Əliyevin sərt tutarlı cavabı bir daha Ermənistan baş nazirinin zəifliyini saxtakarlığını bəlli etdi. Küçədən baş nazirliyə gətirilən Paşinyanın siyasi anlamda savadsızlığı onun "dəhliz" sözünü ərazi iddiası kimi qəbul edərək aranı qarışdırmaq cəhdləri bu dəfə baş tutmadı. Ölkə başçımızın Paşinyana verdiyi cavab onu acınacaqlı hala saldı: "Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim "dəhliz" sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq "Şimal-Cənub" dəhlizinə münasibətdə işlətmişəm, bu söz elə həmin dəqiqliklə "Şərq-Qərb" dəhlizinə münasibətdə istifadə olunur. "Dəhliz" sözü heç kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər". Buradan aydın olur ki, sərsəm erməni fantaziyası sülh prosesini ləngitməkdən başqa bir işə yaramır. Yalan danışan insan bunu qədər gizlətməyə çalışsa da, həmin şəxsin bədən dili onu hər zaman ifşa edir. Eynilə Paşinyanın "dəhliz" məsələsini ortaya atması kimi. Baş nazirin hərəkətlərini analiz etsək, ümumilikdə göz təması qurmadığını görərik. İclasda Rusiya Prezidentinin Paşinyanla ironiyası da xüsusi diqqət çəkib. Vladimir Putinin gülərək Ermənistanın acınacaqlı vəziyyətdə olan iqtisadiyyatına işarə etməklə "çətin ki, Ermənistana çata bilək", - deyə səsləndirdiyi fikirlər qərb qonşumuzun növbəti dəfə ifşası idi. Ermənistanın iddiasına görə, guya ölkədə ümumi daxili məhsulun artımı 12 faizdən çox olub. Əgər rəsmi statistikaya nəzər yetirsək, görərik ki, 31 dekabr 2022-ci il tarixində Ermənistanın dövlət borcu ÜDM-in 46,7 faizini təşkil etmişdir. Buradan üzdəniraq düşmənin beynəlxalq platformalarda belə yalan danışdığını bu yalanlara sadəcə özünün inandığının şahidi oluruq.

Moskva görüşündən üç gün əvvəl N.Paşinyanın İrəvanda keçirdiyi mətbuat konfransı da xüsusi əhəmiyyət kəsb edir. Paşinyan konfransda Qarabağ anklavlar da daxil olmaqla Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisini tanıdığını bəyan etmişdi. Bundan sonra onun Moskva görüşündə bir daha ölkəmizin ərazi bütövlüyünü suverenliyini şübhə altına alan bəyanatla çıxışı Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə kəskin şəkildə etirazı Paşinyanın siyasi cığallığının daha bir bariz nümunəsidir. Şübhəsiz, Ermənistanın bu iddiası da cavabsız qalmadı. Ölkə başçımızın "Sizin tanıdığınız Ermənistan Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub... Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir", - deyə verdiyi cavab Paşinyanı yerində oturtdu.

Düşmənin növbəti dəfə sülhə təhdid yaratması mayın 26-da Ermənistan diversant qrupunun Zəngilan istiqamətindən Azərbaycana daxil olaraq təxribat törətmək cəhdləri idi. Bütün bunlar deməyə əsas verir ki, düşmən ikili oyun oynamaqla ictimai-siyasi tədbirlərdə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etsə , əslində vəziyyəti gərginləşdirmək istiqamətində qərəzli addımlar atır.

Nəzrin ELDARQIZI,

"Respublika".