Beynəlxalq Media Forumunun iştirakçılarının Şuşaya səfəri
Sosial həyat

Beynəlxalq Media Forumunun iştirakçılarının Şuşaya səfəri

Beynəlxalq Media Forumunda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyəti Şuşa şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Beynəlxalq Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər də var.

Qeyd edək ki, onlar iyulun 22-də Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda keçirilən beynəlxalq forumda iştirak ediblər.

AZƏRTAC