Beynəlxalq hüquq ya işləmir, ya da selektiv qaydada işləyir
Siyasət

Beynəlxalq hüquq ya işləmir, ya da selektiv qaydada işləyir

Azərbaycan daim öz haqq mübarizəsini aparmışdır Azərbaycan dünyada beynəlxalq ədaləti hüquqlarını öz gücü ilə bərpa edən nadir ölkələrdəndir. Əfsuslar olsun ki, bu gün beynəlxalq hüquq "seçilmiş" ölkələrin, müəyyən dairələrin xeyrinə işləyir.

Sözügedən ölkələrin marağına zidd hallar baş verdikdə isə kəskin qərarlar qəbul edilir, problemin aradan qaldırılması üçün tədbirlər görülür. Selektiv yanaşılan dövlətlərin haqları tapdalanan zaman isə məsələnin həlli uzadılır. Danılmaz faktdır ki, hazırda bəzi ölkələr işğaldan əziyyət çəkir beynəlxalq hüquq bununla bağlı heç bir təşəbbüs irəli sürmür. Belə haqsızlıqların mövcud olduğu bir vaxtda Azərbaycan tarixi ədalətini, pozulmuş hüquqlarını məhz öz gücünə bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini təkbaşına yerinə yetirməyə nail olmuşdur.

Bu barədə ölkə başçımız demişdir: "Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq bu məsələ güc hesabına öz həllini tapacaq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil".

Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti rəşadətli Azərbaycan ordusunun əzmi nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Biz, həmçinin diplomatiya sahəsində fəaliyyətimizi genişləndirməklə erməni yalanlarını ifşa etdik. Nəticədə Ermənistanın üzü bütün dünyaya məlum oldu. Təsadüfi deyil ki, dövlət başçımız iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistanın Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə geri qaytaracağını bəyan etmişdir. Bütün bunlara baxmayaraq, düşmən öz xain xislətindən əl çəkməmişdir. Əksinə, erməni xalqının üz qarası Paşinyan sərsəm bəyanatlar səsləndirməklə öz quyusunu qazmışdır.

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəyə imza atdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Ermənistan tərəfi bunu qəbullanmaq istəməsə reallıq belədir. Bəyanatdan sonra "Dağlıq Qarabağ" ifadəsi gündəmdən çıxdı Azərbaycanda belə bir ərazi vahidinin mövcud olmadığı təsdiqləndi. Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğu" nəticəsində düşmənlərimiz acı tarixi məğlubiyyətə düçar oldular. Beləliklə, alçaq düşmən illər ərzində qurduğu xülyadan ayıldı.

Bütün bunlar, beynəlxalq hüququn ölkəmizə heç bir xeyir vermədiyinin təcəssümü idi. Şübhəsiz, münaqişənin həlli BMT- qalsa idi, heç bir irəliləyiş olmayacaqdı. Bu gün dövlətimiz regionda sülhün barışın müdafiəçisi kimi nüfuz qazanmışdır. Artıq Azərbaycan beynəlxalq hüquqa arxalanmır, ərazi bütövlüyümüzün qarantı yalnız müzəffər ordumuz, Ali Baş Komandanımızdır. Əgər hüquq mexanizmi düzgün çalışsaydı, tülkü ermənilərin bizə qarşı törətdikləri vəhşiliklərlə bağlı müəyyən tədbirlər görülərdi. Sözsüz ki, heç bir tədbir xalqımızın ürəyindəki yaranın sızıldamasının qarşısını ala bilməz, amma ən azından dünya bizim necə mənfurlarla üz-üzə qaldığımızdan xəbərdar olardı. Həmçinin, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsi sadəcə kağız üzərində olması da beynəlxalq hüquq sistemində selektiv yanaşmanın mövcudluğunu bir daha təsdiqləyir.

Nəzrin ELDARQIZI,

"Respublika".