Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynada tutularaq Azərbaycana gətirilib
Digər xəbərlər

Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynada tutularaq Azərbaycana gətirilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna ərazisində tutulub.

AZƏRTAC xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bununla bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd edilib ki, o, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

AZƏRTAC