Beyləqan : Qazi övladları üçün tədbir
Sosial həyat

Beyləqan : Qazi övladları üçün tədbir

Beyləqan Rayon İcra Hakimiyyəti  və Könüllü Yardım Fondunun birgə təşkilatçılığı ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində qazi övladları üçün tədbir keçirildi.

Rayon İcra Hakimiyyətinin başçısı aparatının, Vətən  Müharibəsi  iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, “Könüllü Yardım fondun”dan Gül Eyni xanım və Kürdəmir Regional Mədəniyyət  İdarəsinin  rəisi   Faiq Xudanlı tədbirdə çıxış edərək şəhid  və  qazilərimizin qürurumuz olduğunu, övladlarının daim diqqət mərkəzində saxlanılacağını və onların inkişafı üçün davamlı işlər görüləcəyini qeyd etdilər. Azərbaycan  Ordusunun  qazandığı  misilsiz  qələbədən  söz  açaraq,  şəhid  ailələrinə, qazilərə, müharibə  iştirakçılarına göstərdikləri  yüksək  diqqət  və  qayğıya  görə  ölkə  başçısı  cənab   İlham  Əliyevə  və  Birinci  vitse-prezident   Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  bildirdilər.

“Gənclik” xalq teatrının səhnələşdirdiyi “Ağıllı Fatma” tamaşası tədbir iştirakçıları və qazi övladları tərəfindən maraqla qarşılandı. Həmçinin tədbirdə musiqi dəqiqələri oldu və əyləncəli nömrələr göstərildi.

Tədbirin sonunda 48 qazi övladlarına məktəbli çantası ve dərs ləvazimatları hədiyyə olundu, xatirə şəkli çəkildi.

Ərəstun ABDULOV,       

“Respublika”.