Bərpa işləri davam edir
Digər xəbərlər

Bərpa işləri davam edir

Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı qələbə tarixə qızıl hərflərlə həkk olundu. Vandal ermənilərin 30 il işğal altında saxladığı torpaqlarımızda törətdikləri vəhşiliklər, mədəni irsimizi dağıtmaları düşmənin məkrli siyasətini bir daha təsdiqlədi. Hazırda ölkəmizin prioritet məsələləri ərazilərdə yenidənqurma bərpa işlərinin sürətlə həyata keçirilməsi, Böyük Qayıdış prosesinin təmin edilməsidir. Bölgədəki dağıntıların miqyası böyük olsa da, ölkəmiz müharibənin fəsadlarını qısa müddətdə yüksək səviyyədə aradan qaldırmaq əzmindədir.

44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra düşmən tapdağından azad olunmuş ərazilərdə bərpa layihələrinin icrasına başlanılmışdır bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir. Görülən işlər bizə bu torpaqlara yenidən həyat qayıtdığını deməyə əsas verir. Yaradılmış infrastruktur iqtisadi potensialdan bəhrələnməyə yönəlmişdir. Respublikamız bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən "Ağıllı kənd" "Ağıllı şəhər" konsepsiyası əsasında bərpa edir. Bəhs olunan ərazilər qısa müddətdə yaşıl enerji zonasına çevrilərək orada mühüm enerji stansiyalarının tikintisinə başlanılmışdır. "Füzuli" "Şuşa" yarımstansiyalarının, Həkəri çayı üzərində yerləşən Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi bunun sübutudur.

Prezident İlham Əliyev indiyədək dəfələrlə işğaldan azad olunan ərazilərimizdə yeni yaşayış məntəqələrinin açılışında iştirak etmişdir. Bu baxımdan, martın 18- ölkə başçımızın, birinci xanım Mehriban Əliyeva qızları Arzu Əliyevanın Tərtər rayonuna səfəri xüsusi əhəmiyyət kəsb edir. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edən prezident, həmçinin Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub. İlham Əliyevin bölgədə təhsil ocaqlarının tikintisinə göstəriş verməsi Prezidentimizin ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" siyasətinin davamçısı olmasının təzahürüdür. Bundan başqa, yeni tikilmiş məktəblərin ən son müasir texnologiyalara cavab verməsi dövlətimizin başçısının bu sahəyə olan diqqət qayğısının nümunəsidir. Prezidentin Suqovuşan su anbarının, magistral su kanalının əsaslı təmiri, anbar boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olması bərpa işlərinin daim nəzarətdə saxlanmasını bir daha təsdiqləmişdir. Səfərin əsas diqqətçəkən məqamlarından biri Azərbaycan xalqının qədim bayramlarına göstərilən nəzakətdir. Belə ki, dövlət başçısının Talış kəndində Novruz tonqalını alovlandırması Azərbaycan xalqını bayram münasibətilə təbrik etməsi İlham Əliyevin tarixi köklərə adət-ənənələrə olan bağlılığının təcəssümüdür. Daim milli maraqları, xalqın maraqlarını üstün tutan prezidentimiz demək olar ki, hər səfərində yerli əhalinin problemləri ilə tanış olur, onları dinləyir. Ölkə başçısının, Mehriban xanım Əliyevanın onların qızları Arzu Əliyevanın kənd sakinləri ilə səmimi söhbəti bir daha uğurlu rəhbər nümunəsindən xəbər verir.

Nəzrin ELDARQIZI,

"Respublika".