Bərdə: Şəhid doğum günündə anıldı
Region

Bərdə: Şəhid doğum günündə anıldı

Bərdə rayon Piyadalar kəndindən  Vətən müharibəsi şəhidi əsgər  Cəfərli Asim Çingiz oğlunun 20-ci yaş günü ailəsi və yaxınları ilə birlikdə qeyd edildi.

Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə başçının müavini,  YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov,  böyük məsləhətçi Ziya İsmayılzadə, şəhər 7 saylı tam orta məktəbin direktoru Mehparə Mustafayeva, SHXÇDX-nin rayon şöbəsinin əməkdaşı Novruz Novruzlu, YAP rayon təşkilatının əməkdaşları Səba Məmmədova və Elmir Məmmədov  birlikdə şəhid əsgər Cəfərli Asim Çingiz oğlunun  ailəsinə baş çəkmişdir.

Qeyd etmək lazımdır ki,  əsgər Cəfərli Asim Çingiz oğlu Vətən müharibəsində Füzuli rayonunda gedən  döyüşlərdə iştirak etmiş və elə orada  şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Prezidenti­nin müvafiq Sərəncamı  ilə  ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.

Şəhid ailəsi ilə görüş zamanı Fəqət Şadlinskaya bildirmişdir ki,

qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Görüş zamanı şəhidin atası Cəfərov Çingiz və anası Cəfərova Aynurə oğulları  Asimin  hərbidəki  xidmətlərindən və ömür yolundan söz açmışlar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə etmişlər.

Vəli VƏLİYEV,

“Respublika”.