Bərdə: pandemiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir
Region

Bərdə: pandemiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir

Bərdə Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış rayon Qərargahının təşkilatçılığı ilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində rayonun idarə, müəssisə və təşkilatlarında, əhalinin daha çox təmasda olduğu obyektlərdə dezinfeksiya işləri aparılır.

COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində əhalinin maarifləndirilməsi üçün tədbirlər görülür, sakinlər sosial məsafənin saxlanılmasına, fərdi qoruyucu vasitələrdən daha geniş istifadə olunmasına təşviq edilir. Rayonda dezinfeksiya işi davam etdirilir. Eyni zamanda, əhali arasında COVID-19 adlı ümumbəşəri bəladan qurtarmaq üçün vaksinasiyanın vacibliyi, insanlar arasında məsafə saxlamaq, gigiyenik qaydalara ciddi əməl etmək və başqa maarifləndirici tədbirlər aparılır. Rayonda könüllülük prinsipinə əməl olunmaqla peyvəndləmə işləri davam etdirilir. 15 avqust tarixinə qədər peyvəndləmənin 1-ci dozası 59141, hər iki doza üzrə isə 39378 nəfərdə aparılmışdır. Vaksinasiya regional “ASAN xidmət” mərkəzində, Bərdə Rayon Mərkəzi Xəstəxanasında və Bərdə Müalicə-Diaqnostika mərkəzində davam etdirilir. Bununla yanaşı rayon mərkəzindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrində vaksinasiyanı həyata keçirmək üçün tam tərkibdə 4 səyyar həkim briqadası təşkil olunmuşdur. Vaksinasiyanın gedişatına rayon rəhbərliyi tərəfindən cidi nəzarət olunur.

Vəli VƏLİYEV,

“Respublika”.