Bələdiyyə sədrinin qanunsuz hərəkətləri barədə cinayət işi başlanıb
Region

Bələdiyyə sədrinin qanunsuz hərəkətləri barədə cinayət işi başlanıb

Zaqatala rayonunun Bəhmətli kənd bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət edilib.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla bələdiyyənin sədri Həsrət Musayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illərdə ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

AZƏRTAC