Belçika səfiri: İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin başlandığının şahid oldum
MÜSAHİBƏLƏR

Belçika səfiri: İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin başlandığının şahid oldum

Bu, mənim Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ilk səfərimdir. Azad edilmiş ərazilərdə quruculuq işlərinin başlandığının şahidi oldum. Burada yeni yollar və binalar tikilir.

AZƏRTAC xəbər verir ki, bunu Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans diplomatlarla birlikdə deyib.

Səfir qeyd edib: "Səfərin məqsədi bu ərazilərdəki vəziyyətlə tanış olmaq, müzakirələrə qatılmaqdır. Təbii ki, biz burada gördüklərimiz, siyasi-iqtisadi məsələlər, münaqişə və onun həlli yolları barədə hesabatlar hazırlayacağıq".

AZƏRTAC