BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
Elm və təhsil

BDU-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

Aprelin 18- Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.

Əvvəlcə BDU kollektivi II Fəxri xiyabanı ziyarət edib. Görkəmli yazıçının məzarı önünə əklil gül dəstələri qoyulub, xatirəsi hörmət ehtiramla yad edilib.

Konfrans barədə verilən məlumatda bildirilir kiaçılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev Mir Cəlal Paşayevin həyat yaradıcılığından bəhs edib. Rektor qeyd edib ki, görkəmli yazıçı, ədəbiyyatşünas alim, unudulmaz pedaqoq Mir Cəlal Paşayev milli ədəbiyyatımızda özünəməxsus yer tutur. Mir Cəlalın zəngin çoxşaxəli fəaliyyəti nəinki öz dövründə, həm gələcək zamanlar üçün bir örnəyə çevrilib. Böyük pedaqoq alimin qələmindən çıxan onlarca elmi məqalə, publisistik-tənqidi yazılar, onun bədii təfəkkürünün məhsulu olan hekayə irihəcmli əsərlər bu gün öz dəyərini aktuallığını qoruyub saxlayır. Mir Cəlalın həqiqətə milli düşüncəyə, milli özünüdərkə söykənən hər bir yazısı əbədi yaşamaq haqqı qazanıb. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik azərbaycançılıq amilini həmişə uca tutub, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən onun ana dilində yaratdığı əsərlərinin poetik qüdrətindən bəhs edib. Yazıçı insan xarakterlərini, eləcə xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olub, dövrün mənzərəsini ustalıqla əks etdirib. O, yüzlərlə gəncin, tələbənin, gənc tədqiqatçının arxa-dayağı, simsarı kimi bu gün sevgi ilə xatırlanır, yaddaşlarda işıqlı bir şəxsiyyət, bir müəllim kimi yaşayır.

Rektor bildirib ki, Mir Cəlal Paşayev ömrünü nadir istedadı insanlığı ilə bəşəriyyətə, Azərbaycan milli mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətə həsr edib. Onun çoxşaxəli, zəngin bədii yaradıcılığı milli nəsrimizin ən parlaq nümunələrindəndir. Mir Cəlal Paşayevin pedaqoji fəaliyyətinin xüsusiyyətləri Azərbaycan maarifçiliyinin, pedaqoji fikir tarixinin ən dəyərli, qiymətli tarixi faktlarındandır. O, özünün elmi məktəbini yaratmış nadir alimlərimizdən, ədəbiyyatşünaslarımızdandır: "Böyük ədib ömrü boyu pedaqoji fəaliyyətindən uzaqlaşmayıb. Böyük fəxrdir ki, Mir Cəlal müəllim uzun müddət BDU-nun Filologiya fakültəsində çalışıb, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub, məhz burada özünün elmi məktəbini yaradıb. Mir Cəlal müəllim yorulmaz, zəhmətkeş, fövqəladə biliyə təfəkkürə sahib, istedadlı bir şəxsiyyət olmaqla bərabər, həm olduqca məğrur, əyilməz, sadə, təvazökar, hamını sevməyi bacaran, istedadlılara xüsusi qayğı bəsləyən, humanist, fədakar bir insan, yazıçı, alim, pedaqoq kimi hələ sağlığında böyük hörmət qazanmışdı. Bakı Dövlət Universitetinin sevimli unudulmaz müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm xeyirxahlığı, böyük əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur".

Tədbirdə Mir Cəlal Paşayevin həyat yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra BDU-nun Mir Cəlal Paşayev adına məqsədli təqaüdünün qalibi elan edilib. Filologiya fakültəsinin Azərbaycan dili ədəbiyyatı ixtisası üzrə II kurs tələbəsi Nuridə İsmayılova təhsildəki uğurlarına görə bu mükafata layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Mir Cəlal Cəlil Məmmədquluzadədən sonra Azərbaycan klassik hekayə janrının çox böyük ustadıdır. Mir Cəlalın "Dirilən adam" romanı isə Azərbaycanda psixoloji romanın ilk böyük nümunəsidir. "Bir gəncin manifesti"ni Azərbaycan ədəbiyyatının şedevri adlandıran AMEA prezidenti vurğulayıb ki, Mir Cəlal həmişə insana, onun mənəvi aləminə sadiq yazıçı olub. Mir Cəlal ustad müəllim kimi Azərbaycan maarifçiliyinə öz möhürünü vurub.

Milli Məclisin Elm təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, BDU-nun Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri Ədibə Paşayeva, Milli Aviasiya Akademiyasının kafedra müdiri Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatı, BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda XX əsr ədəbiyyatı şöbəsinin müdiri Şirindil Alışanlı, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Məti Bayramlı çıxışlarında Mir Cəlalın Azərbaycan ədəbi-bədii fikrində elmində özünəməxsus yerini vurğulayıb, zəngin insani keyfiyyətlərindən söz açıblar.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclasları "Mir Cəlal fenomeni", "Mir Cəlalın ədəbiyyatşünaslıq görüşləri", "Mir Cəlalın bədii yaradıcılığı: ideya-məzmun istiqamətləri, mövzu janr xüsusiyyətləri", "Mir Cəlal əsərlərinin dili", "Mir Cəlal gənc tədqiqatçıların gözü ilə" mövzularına həsr olunub.

Qeyd edək ki, konfrans aprelin 19-da Gəncə Qazax şəhərlərində davam edəcək. BDU-nun tələbələri arasında Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin qalibləri Gəncədə görkəmli yazıçının ev-muzeyində elan təltif olunacaqlar. Onun adını daşıyan Gəncə şəhər 39 nömrəli orta məktəbdə, daha sonra Qazax Müəllimlər Seminariyasında tədbirlər keçiriləcək.

M.KAMAL,

Respublika”.