BAŞIN SAĞOLSUN,VTÜRKİYƏ!
Sosial həyat

BAŞIN SAĞOLSUN,VTÜRKİYƏ!

Qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər görən insanlara yardım məqsədilə Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti mərkəzi aparatının işçiləri əməkhaqqı hesabına 100 min AZN ianə edib.

Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirib, dərhal qardaş ölkəyə öz dəstəyini göstərib. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci vitse-prezident Mehriban  xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə qardaş Türkiyə xalqına humanitar yardım tədbirləri davam etdirilməkdədir.

Zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq, Azərərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin aparatının işçiləri 100 min AZN ianə edib.

Respublika”.