Baş prokurorun əmri ilə Zəngilan rayonuna yeni prokuror təyin olunub
Digər xəbərlər

Baş prokurorun əmri ilə Zəngilan rayonuna yeni prokuror təyin olunub

Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad edilərək Hacıqabul rayon prokuroru vəzifəsinə təyin olunub.

Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a təsdiqləyiblər.

Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

AZƏRTAC