Baş Prokurorluq: Vətən müharibəsi iştirakçısının intihar etməsi ilə bağlı araşdırma aparılır
Digər xəbərlər

Baş Prokurorluq: Vətən müharibəsi iştirakçısının intihar etməsi ilə bağlı araşdırma aparılır

Baş Prokurorluq Vətən müharibəsi iştirakçısının intihar etməsi ilə bağlı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuatın sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: "Ağdaş rayonunun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ülvi İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır".

AZƏRTAC