Baş Prokurorluq: Milli Məclisin deputatının polis əməkdaşına qarşı zor tətbiq etməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Baş Prokurorluq: Milli Məclisin deputatının polis əməkdaşına qarşı zor tətbiq etməsi ilə bağlı cinayət işi başlanıb

İyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərindəki “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AZƏRTAC