Baş Prokurorluq hərbi qulluqçunun zorakılığa məruz qalması ilə bağlı yayılan əsassız iddialara münasibət bildirib
Digər xəbərlər

Baş Prokurorluq hərbi qulluqçunun zorakılığa məruz qalması ilə bağlı yayılan əsassız iddialara münasibət bildirib

Azərbaycan Respublikasının Baş Prokurorluğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciət yayması barədə bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan əsassız məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd olunub ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi başlanıb. Tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə həmin maddələrlə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

AZƏRTAC