Baş Prokurorluq: General-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam edir
Digər xəbərlər

Baş Prokurorluq: General-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam edir

Baş Prokurorluq general-mayor Hikmət Həsənovun Ağdamın işğaldan azad olunmuş ərazisində zirehli maşında hərəkətdə olarkən minaya düşərək xəsarət alması ilə bağlı cinayət işinin başlanması barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuatın sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: "General-mayor Hikmət Həsənovun 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşərək xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

AZƏRTAC