Baş Prokurorluq: Azərbaycan Ordusu ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək
Digər xəbərlər

Baş Prokurorluq: Azərbaycan Ordusu ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək

Son günlər bəzi media vasitələrində və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır. Süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məsələ ilə bağlı müraciətində bildirilib.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək", - deyə Baş Prokurorluğun müraciətində qeyd olunub.

AZƏRTAC