Baş Prokurorluğun nümayəndə heyəti Horadizdəki “Qəhrəmanlar parkı
Sosial həyat

Baş Prokurorluğun nümayəndə heyəti Horadizdəki “Qəhrəmanlar parkı"nda şəhidlərimizin xatirəsini yad edib

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 26-da və 27-də Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının açılış mərasimində iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 27-də - Anım Günündə nümayəndə heyəti Füzuli rayonunun Horadiz şəhərindəki "Qəhrəmanlar parkı"nda şəhidlərin xatirəsinə yaradılmış abidəni ziyarət edib. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC