Baş Prokurorluğun instaqramdakı səhifəsində keçirilən sual-cavab sessiyası zamanı 87 müraciət daxil olub
Digər xəbərlər

Baş Prokurorluğun instaqramdakı səhifəsində keçirilən sual-cavab sessiyası zamanı 87 müraciət daxil olub

Avqustun 10-da saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, müraciətləri qeydə alınıb.

Sessiya zamanı 87 müraciət daxil olub. Müraciətlər dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının prokurorluq orqanları müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır.

AZƏRTAC