Baş prokuror Bakı şəhərinin Sabunçu, Nizami və Xətai rayon prokurorluqlarında olub
Digər xəbərlər

Baş prokuror Bakı şəhərinin Sabunçu, Nizami və Xətai rayon prokurorluqlarında olub

Avqustun 1-də Baş prokuror Kamran Əliyev Bakı şəhərinin Sabunçu, Nizami və Xətai rayon prokurorluqlarında olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon prokurorluqlarında yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə prokurorluğun fəaliyyət istiqamətləri üzrə səmərəliliyin və tələbkarlığın artırılması, vətəndaş müraciətlərinə vaxtında və obyektiv baxılması istiqamətində tapşırıqlar verib, hər bir əməkdaşın nəzəri və peşə hazırlığının daim artırılmasının önəmini diqqətə çatdırıb.

AZƏRTAC