Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
Sosial həyat

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan ölümü və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib. Bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

AZƏRTAC