İyulun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş nazir Ə.Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı iqtisadi və humanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.
AZƏRTAC