Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini ad günü münasibətilə təbrik edib
Digər xəbərlər

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini ad günü münasibətilə təbrik edib

Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Hökumətinin sədri Mixail Mişustinin ad günü münasibətilə ona təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktubda Mixail Mişustinin Azərbaycan və Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin və əməkdaşlığın inkişafına töhfəsi qeyd edilir.

Birgə səylərin bundan sonra da Azərbaycan-Rusiya ticari-iqtisadi və investisiya əməkdaşlığının daha da genişlənməsinə, müxtəlif sahələrdə qarşılıqlı sərfəli təşəbbüslərin səmərəli reallaşdırılmasına imkan yaradacağına əminlik bildirilib.

Məktubda həmçinin, iki ölkə arasında konstruktiv dialoqun və sıx birgə fəaliyyətin davamına ümid ifadə edilib.