Baş nazir Əli Əsədov Qırğızıstanın xarici işlər naziri ilə görüşüb
SİYASƏT

Baş nazir Əli Əsədov Qırğızıstanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

AZƏRTAC