Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 21-də Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

AZƏRTAC