Baş nazir Əli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. Həmçinin şəhərlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.

Bu baxımdan Gürcüstan nümayəndə heyətinin səfəri çərçivəsində iki ölkənin şəhərləri arasında imzalanacaq qardaşlaşma haqqında memorandumların önəmi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri də müzakirə olunub.

AZƏRTAC