Baş nazir Əli Əsədov Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb

Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamladı.

AZƏRTAC