Bank sektorunun aktivləri artıb
İQTİSADİYYAT

Bank sektorunun aktivləri artıb

Azərbaycanda 31 avqust 2021-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 33 426,7 mln. manat, cəmi öhdəlikləri 28 613 mln. manat, balans kapitalı isə 4 813,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, aylıq müqayisədə cəmi aktivlər 0,7% azalıb, ilin əvvəli ilə müqayisədə 4,3%, illik müqayisədə isə 7,6% artıb. Bank sektorunun cəmi öhdəlikləri son bir ayda 1% azalıb, ilin əvvəlindən 4,6%, illik müqayisədə isə 8,6% artıb. Cəmi kapital aylıq müqayisədə 1%, ilin əvvəlindən 2,4%, illik müqayisədə isə 2,1% artıb.

“Respublika”.