Bank rəhbərləri ilə son makroiqtisadi meyillər və proqnozlar müzakirə olunub
İQTİSADİYYAT

Bank rəhbərləri ilə son makroiqtisadi meyillər və proqnozlar müzakirə olunub

Azərbaycan Mərkəzi Bankında ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə görüş keçirilib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, görüşdə son makroiqtisadi meyillər və proqnozlar müzakirə edilib.

Həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirilib. Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda, bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə olunub.