Bank BTB özünüməşğulluq proqramında fəal iştirak edir
İQTİSADİYYAT

Bank BTB özünüməşğulluq proqramında fəal iştirak edir

Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə həyata keçirilən özünüməşğulluq tədbirlərində Bank BTB aktiv iştirak edir.

Belə ki, bank əhalinin həssas qruplarına aid olan daha 8 ailəni kiçik biznes qurmaları üçün  avadanlıq və ləvazimatlarla təmin etdi. Proqramdan yararlananlar şəhid ailəsi, Vətən müharibəsi əlilləri və aztəminatlı şəxslərdir.

Qeyd edək ki, Bank BTB Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində ümumilikdə 35 ailəyə dəstək olub. Cari layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanmış memorandumun icrası istiqamətində həyata keçirilib.

Bəybala BƏYBALAYEV,

“Respublika”.