Balakən şəhərində növbəti səyyar qəbul keçirilib
Digər xəbərlər

Balakən şəhərində növbəti səyyar qəbul keçirilib

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev iyunun 1-də Heydər Əliyev adına mədəniyyət və istirahət parkında şəhər sakinləri üçün növbəti səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər. Balakən Rayon İcra Hakimiyyətindən bildirilir ki, İcra hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

“Respublika”.