Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub
Digər xəbərlər

Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub

Türkiyə Respublikasının "TUSAŞ" şirkətinin istehsalı olan iki ədəd "Hürkuş" təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

Tədbirdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.

"Hürkuş" təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.

General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

AZƏRTAC