Bakıda Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib
SİYASƏT

Bakıda Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib

Bakıda Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu baş tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tviter hesabında paylaşım edib.

"Görüşdə regional məsələlər, enerji, kibertəhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və sair üzrə səmərəli mübadiləyə görə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Enrike Moraya təşəkkür edirəm", - deyə Hikmət Hacıyev bildirib.

AZƏRTAC