Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Digər xəbərlər

Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

İyulun 17- Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2021-ci ilin birinci yarımili ərzində cinayətkarlığa hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov paytaxtda 2020-ci ilin birinci yarımilində prokurorluq daxili işlər orqanları üzrə cəmi 5362 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, 2021-ci ilin birinci yarımilində 630 hadisə artaraq 5992 hadisənin qeydə alındığı, ağır xüsusilə ağır cinayətlərin sayının 286 vahid artaraq 1075 olduğu, həmin cinayət hadisələrinin açılma faizinin isə 86,7 faiz təşkil etdiyini bildirib.

Qeyd olunub ki, hesabat dövründə ötən illə müqayisədə qəsdən adamöldürmə cinayətlərinin sayı 2 fakt artıb 25 cinayət hadisəsi qeydə alınıb. Bakı Şəhər Prokurorluğunun tabe rayon prokurorluqlarında ibtidai istintaqı aparılan həmin cinayət işlərinin hamısının açılması təmin edilib.

Bildirilib ki, 2020-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə 20 quldurluq hadisəsi qeydə alınıb ki, bu ötən illə müqayisədə 8 hadisə azdır. Həmin hadisələrdən 1-i bağlı qalıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 hadisə azalaraq 89 hadisə olub. Onların hamısının üstü açılıb.

Vurğulanıb ki, Bakı şəhərinin prokurorluq polis orqanları tərəfindən ötən illərdə olduğu kimi, 2021-ci ilin birinci yarımilində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib. Hesabat dövründə bu qəbildən olan cinayətlərin aşkarlanması ilə bağlı 711 fakt (1590), satışla bağlı isə 266 (618) fakt artım qeydə alınıb.

Bakı şəhər prokuroru çıxışında narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hər bir vətəndaş üçün prioritet məsələlərdən biri olmasını, narkotik maddələrin satışı ilə məşğul olan mənbələrin müəyyənləşdirilməsi ilə bağlı polis orqanları ilə birlikdə səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsini tabe rayon prokurorlarından tələb edib.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq polis orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili aparılıb. Qeyd edilib ki, prokurorluğun icraatında olan 414 işdən 173-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 7737 cinayət işindən 2801-nin istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 2075, prokurorluq orqanları tərəfindən 88 baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Hesabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki hüquqi şəxslərə vurulmuş 451 min 976 manat maddi ziyandan 147 min 652 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 15 milyon 971 min 959 manat məbləğində maddi ziyanın 9 milyon 653 min 280 manatı ödənilib.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb.

Müşavirədə, həmçinin qeyd olunub ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun ədalətli qərarların qəbul edilməsinə nəzarət tələbkarlıq gücləndirilib.

Vurğulanıb ki, Bakı şəhər prokurorluq orqanlarına 13 min 466 müraciət daxil olub. Onlardan 3225-i həllini tapıb, o cümlədən 1095-i təmin edilib. Hesabat dövründə axtarışda olanların sayı 1384 nəfər olub. Onlardan 947-si tutulub, 437 nəfər hazırda axtarışdadır.

Həmçinin qeyd olunub ki, 2021-ci ilin birinci yarımili ərzində itkin düşmüş 211 şəxs (2020-ci ilin müvafiq dövründə 184 şəxs) axtarışda olub. Onlardan 146 (130) nəfər müəyyənləşdirilərək barəsində axtarış işinə xitam verilib, 65 (54) şəxsin isə yerinin müəyyənləşdirilməsi mümkün olmayıb.

Əməliyyat müşavirəsində məlumat verilib ki, hesabat dövründə xidməti, icra əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

Müşavirədə bildirilib ki, 2021-ci ilin birinci yarımili ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək icra intizamını pozan 2 nəfər intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfərə irad tutulub. Bundan əlavə, 2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 5 nəfər mükafatlandırılıb

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları məruzə edərək mövzu ətrafında çıxışlar edib, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Müşavirəyə yekun vuran İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan vətəndaş hüquq azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlər görəcəyinə əminliyini ifadə edib.

AZƏRTAC