İQTİSADİYYAT

"Bakı KOB evi"ndə əmək və məşğulluq üzrə xidmətlər

Bakının Nərimanov rayonunda yerləşən "Bakı KOB evi"ndə sahibkarlara digər dövlət qurumlarının xidmətləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid xidmətlər də göstərilir.

Sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi bu vahid məkanda biznes subyektləri əmək müqaviləsi bildirişlərinin qeydiyyatı xidmətindən yararlana bilərlər. "Bakı KOB evi"ndə həmçinin aktiv məşğulluq, o cümlədən özünüməşğulluq proqramları ilə bağlı da müraciət edənlərə  məlumatlar verilir.

"Respublika".