Bakı Enerji Həftəsinə maraq ildən-ilə artır
İQTİSADİYYAT

Bakı Enerji Həftəsinə maraq ildən-ilə artır

Artıq uzun illərdir ölkəmiz mötəbər regional beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla evsahibliyi edir, iqtisadi, siyasi, elmi, humanitar məsələlərin, mürəkkəb proseslərin müzakirə olduğu məkan kimi tanınır. Həmçinin Azərbaycan dünya miqyaslı idman yarışlarının yüksək təşkilatçılıqla keçirildiyi ölkə olaraq nümunə göstərilir beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur.

Sözsüz ki, bu da ölkəmizin hərtərəfli sürətli inkişafının, burada bərqərar olan siyasi sabitliyin göstəricisidir. Yenə gözəl əzəmətli paytaxtımızda regionun neft-qaz enerji sektorunda ən nüfuzlu tədbiri olan Bakı Enerji Həftəsi keçirilir. Bu çərçivədə 28-ci Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışı baş tutub. Əgər ötən il sərgilərə 30 ölkədən 249 şirkət qatılmışdısa, artıq bu dəfə 38 ölkədən 331 şirkət iştirak edir. Bu da tədbirə olan beynəlxalq marağın ildən-ilə yüksəldiyini artan əhəmiyyətini göstərir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin hər il şəxsən sərgilərlə tanış olması, orada çıxış etməsi, yüksək səviyyəli qonaqlarla, dövlət xadimləri beynəlxalq enerji ekspertləri ilə görüşməsi tədbirin statusunu daha da artırır. Həmçinin ABŞ Prezidenti Cozef Baydenin Böyük Britaniyanın Baş naziri Rişi Sunakın bununla bağlı Prezident İlham Əliyevə məktub ünvanlaması Bakı Enerji Həftəsinə ən ali səviyyədə olan diqqətin təzahürüdür. Hər iki məktubda səslənən fikirlərdən bir daha aydın olur ki, Azərbaycan dünyanın ən aktual narahatlıq doğuran məsələlərinin həllində öndə gedən ölkələrdəndir. Onun reallaşdırdığı neft-qaz layihələrinin önəmi bu gün göz qabağındadır bütün dünya üçün əlverişlidir. Eləcə sübut edir ki, dünyanın enerji bazarının inkişafı, bu sahədə yeni layihələrin reallaşdırılması Azərbaycanın dəstəyi ilə baş tuta bilər. Belə ki, Azərbaycan etibarlı tərəfdaşdır, sözü əməli üst-üstə düşür.

Ölkə başçısı çıxışında qarşıda duran vəzifələrin anonsunu da verdi. Azərbaycan Avropa bazarına qaz təchizatını bu il 12 milyard kubmetrə çatdırmağı hədəfləyir, 2027-ci il üçün isə bu, 20 milyard kubmetrə çatdırılacaq. Təbii ki, bu da ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, maliyyə imkanlarını genişləndirəcək. Həmçinin Azərbaycanda "yaşıl enerji" potensialı da xeyli yüksəkdir, ölkəmizdə küləkli günəşli günlərin çox olması bu sahənin inkişafına geniş imkanlar açır. Hazırda bu istiqamətdə fəal aparılır. Bu da ölkəmizin enerji potensialına əlavə güc qatacaq.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar

İttifaqları Konfederasiyasının (AHİK) sədri,

Milli Məclisin deputatı.