Bakı Dövlət Universitetində görüş 
Elm və təhsil

Bakı Dövlət Universitetində görüş 

“Azərbaycan məktəbi” jurnalının kollektivi Bakı Dövlət Universitetinin professor-müəllim heyəti ilə görüş keçirib. Tədbirdə Universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsinin müdiri Mirnamik Bəşirov, Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri Əfsanə Surxaylı, Bakı Dövlət Universitetinin nəzdində Beynəlxalq Elmi Araşdırma Mərkəzinin elmi katibi, fizika-riyaziyyat elmləri namizədi Söhrab Ağamalıyev, Üzvi kimya kafedrasının müdir müavini, kimya elmləri doktoru Namiq Şıxəliyev, humanitar yönümlü 16 fakültənin magistr və doktorantları iştirak ediblər.

Tədbiri universitetin Magistratura və doktorantura şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Mirnamik Bəşirov açaraq jurnalın redaksiya heyətini tədbir iştirakçılarına təqdim edib. Baş redaktor Arzu Soltan 100 ilə yaxın yaşı olan “Azərbaycan məktəbi” jurnalı haqqında ətraflı məlumat verib, onun keçdiyi tarixi yoldan danışıb.

“Respublika”.