Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında  Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında  Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan Cəfərov İlham Məmməd oğlu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Abdıyev Fuad Vilayət oğlu,

Axundova Günay Təyar qızı,

Allahverdiyev Elbəy Hidayət oğlu,

Bəhrəmzadə Sabit Xanlar oğlu,

Əyyubov Fərid İlham oğlu,

Hüseynov Pərviz Aktiv oğlu,

İbrahimov Anar Firdovsi oğlu,

Qasımov Fərrux Hüseynağa oğlu,

Musayeva Cəmilə Ceyhun qızı,

Rüstəmli Məhəmməd Əli oğlu,

Səmədov Rəşid Əfraim oğlu.

3. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsinlər:

Kərimli İlham Əziz oğlu,

Qasımov Faiq Adil oğlu,

Məhərrəmova Şeyda Ədalət qızı.

4. Bu Qərarın 1-ci hissəsi 2023-cü il yanvarın 2-dən, 2-ci və 3-cü hissələri imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri                           Sahibə Qafarova

Bakı şəhəri, 23 dekabr 2022-ci il