AzTV-nin şəhid operatoru Sumqayıtda dəfn olunub
Sosial həyat

AzTV-nin şəhid operatoru Sumqayıtda dəfn olunub

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AzTV-nin operatoru Sirac Abışov iyunun 5- Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

AZƏRTAC xəbər verir ki, vida mərasimində Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, “Azərbaycan Televiziya Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, jurnalistlər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev şəhidin ailə üzvlərinə Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın başsağlığını çatdırıb.

Sirac Sumqayıt şəhərinin ən müqəddəs yerində - Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri əklillər qoyulub.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi iyunun 4- səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

AZƏRTAC