AzTU tələbəsinin intellektual uğuru
Elm və təhsil

AzTU tələbəsinin intellektual uğuru

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa Birliyinin rəsmi veb səhifələrində boşluq aşkar edib. Aşkarladığı boşluğu CERT-EU (The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies) saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın "Hall of Fame" hissəsində 2 dəfə paylaşılıb.

Qeyd edək ki, Sadiq Qasımov bu yaxınlarda AzTU-da keçirilən kibertəhlükəsizlik üzrə CTF (Capture-The-Flag) yarışında birinci yerə layiq görülüb. 

Nəriman CAVADOV,

“Respublika”.