AZSIĞORTA müştərilərə artıq yeni ofisdə xidmət göstərəcək
Reklam və elanlar

AZSIĞORTA müştərilərə artıq yeni ofisdə xidmət göstərəcək

Ölkənin aparıcı sığorta şirkətlərindən olan AZSIĞORTA müştərilərə artıq yeni ofisdə xidmət göstərəcək.

Bu ilin 1 fevral tarixindən etibarən Baş ofisə və Sığorta Hadisələri Xidmətinə müraciət edən vətəndaşlar Bakı şəhəri, Səbail rayonu, M.Useynov prospekti, ev 63 ünvanına yaxınlaşa bilərlər. Yeni ofis ənənəvi olaraq, həftənin 5 günü saat 09:00-dan - 18:00-dək fəaliyyət göstərəcək. Şirkətin 24 saat fasiləsiz çalışan Çağrı Mərkəzinin əlaqə nömrəsi isə *6565 olaraq qalır.