AZPROMO və AZEBİ arasında görüş keçirilib
İQTİSADİYYAT

AZPROMO və AZEBİ arasında görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Tbilisidə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşüb.

Görüşdə AZPROMO-nun AZEBİ-yə lazımi dəstək tədbirlərinin göstərilməsi, eləcə də praktiki nəticələrə nail olmaq üçün bu cür görüşlərin mütəmadi keçirilməsinə dair ilkin razılıq əldə olunub.

Görüş zamanı bildirilib ki, AZPROMO AZEBİ-nin üzvlərinə yerli məhsullarımızın Gürcüstanda “Made in Azerbaijan” milli brendi adı altında çıxarılmasına, sahələr üzrə iki şirkətin əlaqələndiricisi qismində, eləcə də digər lazımi dəstək tədbirləri göstərməyə hazırdır.

Görüşdə həmçinin AZEBİ-nin üzvlərinin qarşılaşdıqları məsələlərə və onların aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb. Analoji görüşlərin mütəmadi keçirilməsinə dair ilkin razılıq əldə olunub.

“Respublika”.