Azərkosmos Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb
İQTİSADİYYAT

Azərkosmos Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos Avropa Kosmik Agentliyinin (ESA) "Azo Space" inkubasiya mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, bu əməkdaşlıq "Azo Space" inkubasiya mərkəzinin Yerin müşahidəsi və coğrafi informasiya xidmətlərinə dair həyata keçirdiyi proqramlarda ölkəmizin aktiv iştirak etməsinə imkan verəcək.     

"Copernicus Masters" proqramı Yerin müşahidə olunması haqqında məlumatların istifadəsi və onlar əsasında innovativ müsabiqələrin keçirildiyi platformadır. Bu platforma 2011-ci ildən etibarən hər il müsabiqələr elan edir və Yerin müşahidəsi, o cümlədən iqlim dəyişikliyi sahəsinə dair kreativ həllər və ideyalar üçün yeni imkanlar yaradır.

"Azo Space" mərkəzinin Yerin müşahidəsi sahəsinin inkişafı üçün həyata keçirdiyi digər bir təşəbbüs "SpaceLeap" proqramıdır. Bu proqram Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələri,  o cümlədən Azərbaycan üçün nəzərdə tutulub.

Bəybala BƏYBALAYEV,

"Respublika".