“Azərişıq
Region

“Azərişıq" ASC regionlarda  yenidənqurma işlərini davam etdirir

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, "Azərişıq" ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Qubanın Tülər düzü və Tülər kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yenidənqurma işləri çərçivəsində bu kəndlərdə, ümumilikdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 6 kilometrə yaxın 10 kV-luq, 16 kilometrdən çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək. Nəticədə 1000-ə yaxın sakin keyfiyyətli elektrik enerjsi ilə təmin olunacaq. Qubanın 4 kəndində - Aşağı Tüləkəran, Yuxarı Tüləkəran, Suxtakələ və Əski-İqriq kəndlərində isə işlər yekunlaşıb. Artıq yenilənmiş şəbəkə abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edir. 1000-dən artıq sakini olan 4 kənddə, ümumilikdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 7 kilometrə yaxın 10 kV-luq, 14 kilometrdən artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Abonentlərin sayğacları dəyişdirilib.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. Mərhələli şəkildə kəndlərin, xüsusilə ucqar ərazilərin elektrik şəbəkəsi yenilənir.

Kamil İSMAYIL,

"Respublika".