“Azərişıq” ASC-nin əməkdaşının elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırmalar aparılır
Digər xəbərlər

“Azərişıq” ASC-nin əməkdaşının elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırmalar aparılır

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, ilkin araşdırmalarla “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin istismar şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov həmin ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AZƏRTAC